Türkiyədə son sutkada koronavirusdan 44 nəfər ölüb

31 Avqust 2020 - 22:02

Türkiyədə son sutka ərzində koronavirusdan 44 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda  110 102 şübhəli koronavirus testindən keçib, onlardan 1587-nun  cavabı pozitiv çıxıb, ağır xəstə sayı 961 nəfər olub, 1087 xəstə isə sağalaraq evə buraxılıb.

Türkiyədə ümumilikdə 270 133  nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 244 9268 nəfər sağalıb, 6370 nəfər ölüb.

Nazir ağır və aktiv xəstə, ölü sayının çoxluğundan  narahatlığını ifadə edərək, bildirib ki, bu sayları azaltmaqda ən önəmli məsələ tədbirlərə düzgün əməl etməkdir. (APA)