Türkiyədə uçan avtomobil sınaqdan keçirilib

16 Sentyabr 2020 - 09:41

Türkiyədə ilk yerli uçan avtomobilin sınaq uçuşu uğurla keçib.

Trend-in məlumatına görə, avtomobil “Baykar” şirkətinin mühəndisləri tərəfindən yaradılıb və CEZERİ adını aldı.

CEZERİ ilk dəfə 2019-cu ildə İstanbulda TEKNOFEST Aviasiya və Kosmik Texnologiyaları Festivalı çərçivəsində təqdim edildi.