Türkiyədəki Azərbaycan Səfriliyi virusla əlaqədar “Qaynar xətt” yaradıb

15 Mart 2020 - 11:18

Türkiyədəki Azərbaycan Səfriliyi koronovirus infeksiyasının yayılma riskilə əlaqədar operativ “Qaynar xətt” xidməti yaradıb.

Türkiyədəki Azərbaycan Səfriliyindən verilən məlumata görə, Türkiyə və Azərbaycan prezidentlərinin qərarından sonra hər iki ölkə vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılması ilə əlaqədar dünən gecə saatlarında səfrilik opertaiv xidmətə başlayıb.

Səfriliyin mətbuat katibi Elvin Süleymanlı APA-ya bildirib ki, yüzlrlə müraciət edənlər var. Onlar daha çox qısamüddətli səfər edənlərdir: “Müraciət edənlərin siyahısı tutulur. Aralarında dönüş biletləri olanlar çoxdur. Uçuş tarixi və saatı bəlli olduqdan sonra vətəndaşlarımızla əlaqə yaradılacaq və onlar Azərbaycana göndəriləcək”.