Türkiyənin 100 sabiq deputatı admiralları dəstəkləyən bəyanat verdi

05 Aprel 2021 - 14:06

Türkiyədə Montrye sazişi ilə bağlı müzakirələrə etiraz edən daha bir qrup bəyanat yayıb.

Azpost.info bildirir ki, Türkiyə Böyük Millət Məclisinin 100 sabiq deputatının imzaladığı bəyanatda 103 admirala dəstək ifadə edilib. Sənəddə qeyd olunur ki, Türkiyə Cumhuriyyətinin təməl prinsiplərinin müzakirəyə çıxarılmasına etiraz edirlər.

Sabiq deputatlar həmçinin bununla bağlı mövqeyini ifadə edən sabiq dəniz admirallarına qarşı təhdid və təqibi pislədiklərini vurğulayıblar. “Bununla bağlı prokurorluğun araşırmaya başlaması vətəndaşlıq hüququna ziddir. Belə addımları qınayırıq və bildiririk bu hüquq dövləti prinsiplərinə ziddir”.

Sabiq deputatlar admiralların dövlət çevrilişi cəhdində ittham edilməsini pisləyiblər.