Finlandiya prezidenti Sauli Niinistö Türkiyənin Finlandiya və İsveçin terrorçuları qoruyacağına dair bəyanatı ilə razılaşmadığını deyib.
Azpost.info xəbər verir ki, onun fikrincə, Finlandiya qanunvericiliyi NATO ölkələrinin qanunvericiliyinə uyğundur.
“Finlandiya qanunvericiliyi NATO-nun terrorizmlə bağlı qanunvericiliyinə uyğundur. Finlandiyadan digər NATO ölkələrindən fərqli mövqe tələb etmək mümkün deyil”, – Niinistö NATO sammitindən əvvəl keçirdiyi brifinqdə bildirib.
Eyni zamanda, Niinistö hesab edir ki, ölkələr arasında qarşılıqlı anlaşma var: “Helsinki və Ankara arasında qarşılıqlı anlaşma var və tərəflər arasında müzakirələr daha yaxşı gedir. Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı Türkiyə tərəfinin etirazına dair davam edən danışıqların nəticələrinə gəlincə, o, nə nikbin, nə də bədbindir”.
Azpost.info