Türkiyəni bu ilin 9 ayında 40 milyon 264 min 899 nəfər ziyarət edib.
Azpost.info xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
“Bu ilin yanvar-sentyabr aylarında xarici ziyarətçilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 97,96 faiz artaraq 34 milyon 810 min 273 nəfərə çatıb. Bu dövr ərzində xaricdə yaşayan 5 milyon 436 min 626 Türkiyə vətəndaşı Türkiyəyə səfər edib”, – məlumatda deyilir.
Ölkəyə ən çox turist Almaniyadan gəlib – 4 milyon 527 min 853 nəfər. Sonrakı yerləri Rusiya (3 milyon 864 min 898 nəfər) və Böyük Britaniya (2 milyon 817 min 271 nəfər) tutur.
Türkiyənin bu ilin ilk 9 ayında turizm gəliri 35 milyard 28 milyon 540 min dollar olub.
Azpost.info