Türkiyənin Manisa vilayətində 5,2 bal gücündə zəlzələ olub

18 Fevral 2020 - 20:48

Türkiyənin Manisa vilayətinin Qırxağac rayonunda yenidən zəlzələ baş verib.

Türkiyə Təbii Flakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadla verdiyi xəbərə görə, yeraltı təkan yerli vaxtla saat 19:09-da 5,2 bal gücündə meydana gəlib.

Zəlzələ ətraf ərazilərdə hiss edilib. Dağıntı və itkilər haqqında hələlik məlumat yoxdur. (APA)