Türkiyənin sabiq Baş naziri vəfat edib –Ərdoğan başsağlığı verdi (FOTO)

Türkiyənin sabiq Baş naziri və Böyük Millət Məclsinin keçmiş sədri Yıldırım Akbulut vəfat edib.

Azpost.info bildirir ki, dövlət xadimi bu gün dünyasını dəyişib.

Prezident Ərdoğan Akbulutun vəfatı ilə bağlı başsağlığı verib.

“Sabiq Baş nazirimiz və Böyük Millət Məclisinin keçmiş sədri, dəyərli dövlət xadimi Yıldıırm Akbulutun vəfatı bizi dərindən kədərləndirdi. Ailəsinə, millətimizə başsağlığı verirəm”.

Akbulut 1989-1991-ci illərdə Türkiyənin Baş naziri olub. Türuqt Özalın zamanında daxili işlər naziri postunu tutub.(1984-87-ci illər) 1987-1989  və 1999-2000-ci illərdə Böyük Millət Məclisinin sədri olub.

2000-ci ildə prezidentliyə namizəd kimi seçkilərdə iştirak edib.

Akbulut 86 yaşında vəfat edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qafqaz Müsəlmanları İdarəsi internet televiziyası açdı

Sonrakı məqalə

Aleksandr Lukaşenkonun Azərbaycana işgüzar səfəri başa çatıb