Türkiyənin sabiq prezidenti Əhməd Necdət Sezər seçkilərdə CHP sədri Kamal Kılıcdaroğlunu dəstəkləyəcək.
Azpost.info bildirir ki, bu barədə Haberturk məlumat yayıb.
Kılıcdaroğlu eks-prezidentlə bağlı qapılar arxasında görüşüb. Görüşdən sonra Sezər bəyan edib ki, Kılıcdaroğlunu dəstəkləyir və ona uğurlar arzulayır.
Əhməd Necdət Sezər 2000-2007-ci illərdə Türkiyə prezidenti olub.