“Türkiyənin Şuşada Baş konsulluğu açılacaq” –

Ərdoğandan açıqlama
15 İyun 2021 - 17:43

Türkiyənin Şuşada Baş konsulluğu açılacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə bu gün birgə keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş konsulluğu açılacaq: “Beləcə bölgədə gerçəkləşdirəcəyimiz fəaliyyətimizin daha sürətli və səmərəli olmasını təmin edəcəyik”.