Türkiyənin xarici borc ehtiyatı 433,9 milyard dollar olaraq hesablanıb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu rəqəmlərə görə ölkədə səhmlərin milli gəlirə nisbəti 59,1 faiz olaraq qeydə alınıb.
Maliyyə Nazirliyinin açıqlamasında ötən ilin sentyabrınadək Türkiyənin dövlət borcu isə 643,1 milyard lirə olaraq reallaşıb, bu rəqəmlərə əsasən səhmlərin milli gəlirə nisbəti 15,7 faizdir.
Qeyd edək ki, Avropa Birliyi tərəfindən təyin olunan ümumi dövlət borc ehtiyatı isə 1 trilyon 319,6 milyard lirədir. Bu da milli gəlirə nisbətdə 32,1 faizdir.