Türkiyə Azərbaycan-Ermənistan normallaşmasında konstruktiv rol oynaya bilər –LAVROV

Türkiyəli həmkarımla danışıqlarda Cənubi Qafqaz regionundakı vəziyyəti də müzakirə etdik.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Rusiya Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıdır. Eləcə də Rusiya Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri bütün razılaşmaların, 2020-ci ilin razılaşmasından başlayaraq nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılması, eləcə də münaqişə sonrası bərpaya qədər razılaşmaların həyata keçirilməsində maraqlıdır. Əminik ki, Türkiyə bu səylərdə çox konstruktiv və faydalı rol oynaya bilər”, deyə Rusiya XİN başçısı vurğulayıb.

Əvvəlki məqalə

“Ukraynanı atmaram”

Sonrakı məqalə

Hakan Fidan sabah Şoyqu ilə görüşəcək