Türkiyə bəzi tibbi vasitələrin ixracına qadağanı ləğv etdi

Türkiyədə tibbi ventilyator və intubasiya balonu, həmçinin odekolon və dezinfeksiya məhsullarının ixracına qoyulan qadağa ləğv edilib.

“Report” xəbər verir ki, Ticarət Nazirliyinin bununla bağlı qərarı rəsmi dövlət qəzetində dərc olunub.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar sözügedən məhsulların ixracı martın 18-i və 26-da verilən qərarlara əsasən yasaqlanmışdı. Bu gündən başlayaraq hər iki qadağa ləğv edilib.

Bununla belə, qoruyucu maska və tibbi kostyumların ixracı qadağası qüvvədədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən gün karantin rejimini pozan 694 sürücü cərimələnib

Sonrakı məqalə

Pandemiya ilə əlaqədar bankların istehlak kreditlərinə dair riskləri yumşaldılır