Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Türkiyə Cənubi Qafqazda sabitliyə töhfə verməyə çalışır

User 07 Oktyabr 2025 - 15:57 (Last updated: 07 Oktyabr 2025 - 15:57)
erdoqan qebele

Türkiyə Cənubi Qafqazda baş verənləri izləməklə yanaşı, həm də bölgədə sülhə və sabitliyə səmimi töhfə verməyə çalışır. Biz avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannaməni bu sahədə müsbət addım kimi qiymətləndiririk. Bu istiqamətdə gələcək təşəbbüsləri səbirsizliklə gözləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı deyib.

Türkiyə lideri Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək Qəbələni “Türk dünyasının qədim mədəniyyətinin əksi” adlandırıb.

Türkiyə Prezidenti 3 Oktyabr – Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə türk dövlətlərinin rəhbərlərini bir daha təbrik edib.

O, Ankaranın Türk dünyasında bütün sahələrdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə hazır olduğunu bəyan edib. “Son 16 il ərzində təşkilatımız mühüm uğurlar əldə edib və onlara yeni nailiyyətlər əlavə olunur”, – deyən Türkiyə lideri “beynəlxalq hüquq böhranı” və “BMT Təhlükəsizlik Şurasının bir çox məsələlərdə fəaliyyətsizliyi fonunda” TDT ölkələri arasında konsolidasiya və əməkdaşlığın vacibliyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan hazırkı Zirvə Görüşünün mövzusunun xüsusi aktuallığını vurğulayaraq, gündəm seçimini “çox vaxtında və əhəmiyyətli” adlandırıb.

Türkiyə Prezidentinin sözlərinə görə, TDT digər beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq etməlidir. Bu baxımdan o, Qəbələdə razılaşdırılan “TDT Plyus” formatının əhəmiyyətini vurğulayıb.

Prezident Ərdoğan Türk dünyasının bölgədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində daha fəal rol oynaya biləcəyini qeyd edib.

AzPost.az

Post navigation

Previous: Salyanda yol qəzasında 6 nəfər xəsarət alıb, üçü azyaşlıdır
Next: “Qafqaz ABŞ-ın diqqət mərkəzində olmalıdır, Çin sürətlə gəlir”-

Oxşar xəbərlər

savkat baki
  • Ölkə

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıya gəlib

User 14 Oktyabr 2026 - 18:59
tokayev
  • Ölkə

Qazaxıstan Prezidenti Azərbaycana səfərə gəldi

User 14 Oktyabr 2026 - 17:38
mudir esebi zeher
  • Ölkə

Mübahisədən sonra ən çətin barışan bürclər

User 13 Oktyabr 2026 - 15:27

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.