Türkiyə DİN:"PKK-ya qoşulanların sayında azalma müşahidə edilir"

Bu ilin aprel ayında həyata keçirilən əməliyyatlar nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, həmin terrorçulardan 11 nəfəri öldürülüb, 22 terrorçu yaralı olub.

DİN rəsmisi deyib ki, 4 terrorçu özü təslim olub, zərərsizləşdirilən terrorçular PKK və İŞİD üzvləridir.

İ. Çataklı vurğulayıb ki, Türkiyədəki mövcud terrorçu sayı ilk dəfə 500-dən aşağı enib: “Aparılan araşdırmalara görə, ölkə daxilində olan terrorçu sayı 492-dir”.

O qeyd edib ki, ilin əvvəlindən bu günə kimi PKK terror təşkilatına qoşulanların sayında azalma müşahidə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət etdi

Sonrakı məqalə

İmişlidə icra başçısından başqa kimlər saxlanılıb? –