“Türkiyə dünyada ən çox qaçqına ev sahibliyi edir” –ƏRDOĞAN

Biz son 7 ildə dünyada ən çox qaçqına ev sahibliyi edən ölkəyik. Ümid edirəm ki, tariximizin, mədəniyyətimizin, inancımızın bizə qoyduğu bu vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyik. İkinci Dünya Müharibəsindən sonra ən böyük insan axınının yaşandığı bu gün heç kim öz məsuliyyətindən qaça bilməz.

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Qlobal Parlament Konfransının açılış mərasimindəki videomüraciətində ifadə edib.

Demək olar ki, hər gün Yunanıstan təhlükəsizlik qüvvələri tərəfindən təqib edilən, qarət edilən, döyülən və hətta öldürülən qaçqınların acınacaqlı vəziyyətinə şahidlik edildiyinə diqqəti çəkən Türkiyə dövlət başçısı deyib: “Əslində, miqrasiya və qaçqınlar məsələsində real yükü yüksək səslə dBanışan inkişaf etmiş cəmiyyətlər deyil, bizim kimi böhranlı bölgələrə qonşu olan ölkələr çəkir”.

Əvvəlki məqalə

“Şikəst” sözü qanunvericilikdən çıxarılır

Sonrakı məqalə

Robotlar 2025-ci ilədək 85 milyon adamı işsiz qoyacaq