“Türkiyə ilə əlaqələr çox vacibdir, türk dostlarımızın bayramına qatılırıq” –BLİNKEN

“Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini yüksək qiymətləndiririk”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin Cümhuriyyət Günü ilə bağlı yaydığı təbrikində bildirib.

“99 il əvvəl Türkiyə Cümhuriyyətinin yaranmasının ildönümü münasibətilə Türkiyə xalqını ABŞ adından təbrik edirəm.
Türkiyə ilə ABŞ arasındakı əlaqələr çox vacib əhəmiyyət kəsb edir və ölkələrimiz arasında dərin mədəni və ticarət əlaqələrinə, eləcə də NATO müttəfiqləri olaraq regional və qlobal sülhün, təhlükəsizliyin və rifahın inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimizə əsaslanır. Rusiyanın davam edən təcavüzü fonunda Türkiyənin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini yüksək qiymətləndiririk.
Bu əlamətdar gündə türk dostlarımızın bayramına qatılır və uzun illərə söykənən, sıx əlaqələrimizə görə minnətdarıq”, Blinken təbrikində bildirib.

Əvvəlki məqalə

Silah və hərbi texnikanın payız-qış mövsümündə istismar rejiminə keçidi başa çatıb

Sonrakı məqalə

“İran kimi hədəf alır? Budurmu İslami həmrəyliyi? Sözlərinizi geri götürün!” –