“Türkiyə ilə konkret şəxslərin ekstradisiyasını müzakirə etməmişik”– Finlandiya XİN

“Helsinki və Ankara konkret şəxslərin ekstradisiyasına dair danışıqlar aparmayıb”.

Azpost.info xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiya və İsveçdən Ankaranın terrorçu hesab etdiyi şəxslərin ekstradisiyasını tələb edib. Onun sözlərinə görə, İsveç artıq PKK-nın 73 üzvünün ölkədən çıxarılmasına zəmanət verib.

“Biz Madriddə Türkiyə ilə heç bir şəxs və ya siyahı müzakirə etməmişik”, – Haavisto “Reuters” agentliyinə deyib.

Türkiyə NATO sammitində İsveç və Finlandiyanın alyansa daxil olmasına etirazını geri götürüb. Qəbul edilmiş memorandumda qeyd olunur ki, iki Skandinaviya ölkəsi və Türkiyə təhlükəsizlik təhdidləri ilə mübarizədə bir-birinə hərtərəfli dəstək verəcək öhdəliyi götürüblər.

Eyni zamanda, Ərdoğan bildirib ki, əgər İsveç və Finlandiya Türkiyədə terrorçu sayılan təşkilatlara qanuni qadağa qoymasalar, Ankara NATO-nun genişlənməsinə dəstək verməyəcək.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycan bankları Rusiyanın pulköçürmə sistemindən imtina edir –

Sonrakı məqalə

Rusiya quru hücumlarında gəmi əleyhinə raketlərdən istifadə edir –