Türkiyə İŞİD terrorçularının deportasiyasına başlayıb- Rəsmi açıqlama

Türkiyədə saxlanılan İŞİD terror təşkilatı üzvlərinin bu gündən vətəndaşı olduqları ölkələrə deportasiyasına başlanıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə bu gün Türkiyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmail Çataklı bildirib.

İ.Çataklı sutka ərzində 3 terrorçunun ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb: “ABŞ-dan olan terrorçunun göndərilməsi üçün hüquqi prosedur başa çatıb. Ankara Almaniyadan olan terrorçuların deportasiyası üçün sənədləri hazırlayır. Gün ərzində Danimarkaya da bir terrorçu göndəriləcək. Bununla da gün ərzində 3 terrorçu deportasiya ediləcək”.

İ.Çataklı noyabrın 14-də Almaniyadan olan 7 terrorçunun da ölkəsinə göndəriləcəyini nəzərə çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İrandakı zəlzələ Culfa və Ordubadda da hiss edildi

Sonrakı məqalə

Lavrovdan Bakı üçün gözlənilməz açıqlama: