Türkiyə İsveç və Finlandiyadan 33 nəfərin ekstradisiyasını tələb edib

Türkiyə İsveç və Finlandiyadan terrorçuluqda şübhəli bilinən 33 nəfərin ekstradisiyasını tələb edib.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Türkiyə razılaşmanın əldə olunduğu ölkələrdən terrorçuların ekstradisiyasına çalışır.

Bu siyahıda yeni axtarışa elan olunan insanların adlarının olub-olmaması, yoxsa daha əvvəl Türkiyənin ekstradisiyasını tələb etdiyi şəxslərdən ibarət olub-olmadığı hələlik bəlli deyil. Ancaq ümumən məlumdur ki, siyahıda PKK terror təşkilatları və Gülən Hərəkatının üzvü olan Finlandiyadan 12, İsveçdən isə 21 nəfərin adı var.

Əvvəlki məqalə

“Bu, Ermənistan rəsmilərinin növbəti etirafıdır”

Sonrakı məqalə

Bakının 14 parkında “İctimai Wi-Fi” xidməti dayandırılır