“Türkiyə NATO-nun tələbi üzrə müdafiə xərclərini artıracaq” –SƏFİR LEVENT GUMRUKÇU

Türkiyə NATO-nun tələb etdiyi kimi müdafiə xərclərinin ÜDM-in 2%-nə çatdırmağı hədəfləyir”.

Azpost.info “Dünya” qəzetinə istinadən bildirir ki, bu sözləri Türkiyənin NATO-dakı daimi nümayəndəsi, səfir Levent Gümrükçü deyib.

Səfirin sözlərinə görə, Ankara NATO büdcəsinin 4,72 faizini təşkil edir. Bununla Türkiyə alyansın büdcəsinə ən böyük töhfə verən ölkə olaraq səkkizinci yerdədir”.

“Finlandiyanın üzvlüyündən sonra bizim töhfə payımız 4,68%-ə qədər azalsa da, reytinqdəki yerimiz dəyişməyib”, – deyə “Dünya” qəzeti səfirin sözlərindən sitat gətirib.

NATO-nun baş katibi Yens Stoltenberqin alyans üzvlərinin ÜDM-in ən azı iki faizini müdafiəyə ayırması ilə bağlı bəyanatını şərh edən səfir Gümrükçü qeyd edib ki, Türkiyə bu xərclərə 1,37 faiz, yəni 11,9 milyard dollar ayırır.

“Ölkələrin müdafiə xərclərini ÜDM-in 2 faizinə çatdırmaq məqsədi 2014-cü ildə Uelsdə keçirilən NATO sammitində götürülmüş öhdəlikdir. Bunun üçün 10 illik iş qrafiki verilib. Türkiyə hər il mütəmadi olaraq müdafiə xərclərini artırsa da, əsasən bəzi müttəfiqlərimizin müdafiə ixracına tətbiq etdiyi məhdudiyyətlər səbəbindən bu məqsədə hələ də nail ola bilməmişik. Bununla belə, Türkiyə hazırkı təhlükəsizlik şəraitində müdafiə xərclərinin artırılmasının vacibliyini ən yaxşı anlayan müttəfiqlərdəndir. Bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu hədəfə mümkün qədər tez çatmaq əzmindədir”, – səfir bildirib.

Azpost.info

 

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

Bu günə olan valyuta məzənnələri

Sonrakı məqalə

Putin Maduronu Rusiyaya dəvət edib