“Türkiyə parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu ratifikasiya etməyəcək”.
Azpost.info xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, söhbət ilk növbədə Stokholmun müraciətindən gedir. Helsinki sənədləri ayrıca təqdim etsə, təsdiq oluna bilər.
“İsveç hökumətinin xarici işlər naziri Türkiyəyə gəldi. Məclisdə oldu, partiyalarla görüşdü. O, eşitdi ki, bütün tərəflər eyni dərəcədə bəyan edirlər ki, Türkiyə qarşısında götürülmüş öhdəliklər yerinə yetirilmədən protokolun ratifikasiyası mümkün deyil. Ona görə də indiki şəraitdə bu sənədin təsdiqindən danışmağa dəyməz”, – Çavuşoğlu bildirib.
Türkiyə XİN rəhbəri əlavə edib ki, Ankara prosesin əvvəlindən Finlandiya haqqında müsbət fikirlər səsləndirib, lakin NATO Stokholm və Helsinkinin Şimali Atlantika Alyansına paralel qaydada qoşulmasını istəyir.
Azpost.info
