Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı açıqlandı

“Türkiyə və Ermənistanın münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndələrinin ilk görüşü 2022-ci ilin yanvarında baş tuta bilər”.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV24” kanalına müsahibəsində deyib.

Nazir bildirib ki, görüşün dəqiq vaxtı hələ razılaşdırılmayıb, lakin yanvarda baş tutacağı gözlənilir.

M.Çavuşoğlu, həmçinin, əlavə edib ki, yaxın günlərdə İstanbul və İrəvan arasında aviareyslər açılacaq.

Qeyd edək ki, Türkiyə tərəfdən ABŞ-dakı keçmiş səfir Serdar Kılıç, Ermənistan tərəfdən isə parlamentin vitse-spikeri Ruben Rubinyan xüsusi nümayəndə təyin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramazan ayının başlama tarixi açıqlanıb

Sonrakı məqalə

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür