Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür.

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın sonlarında Azərbaycan Xalq Cəbhəsinin təşkilatçılığı ilə Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması zamanı qoyulub.

O vaxtdan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü olaraq bayram edilir.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın bir çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı.

Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün vaxtı açıqlandı

Sonrakı məqalə

Putin və Bayden telefonda 50 dəqiqə nələri müzakirə edib? –