Türkiyə və Rusiya prezidentləri görüşəcək- Vaxtı dəqiqləşib

İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, görüşün gələn il yanvar ayının 8-də keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, bir müddət əvvəl D.Peskov V.Putinin 2020-ci il yanvar ayının ilk ongünlüyündə Türkiyəyə səfərinin gözlənildiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı artıb

Sonrakı məqalə

“Struktur islahatları, siyasi, iqtisadi islahatlar və şəffaflıq ölkəyə böyük faydalar gətirir”