Türkiyə XİN:"PKK terrorçuları arasında erməni terrorçuları da saxlanılıb"

PKK terrorçuları arasında dəfələrlə erməni terrorçuları da saxlanılıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, Türkiyə Azərbaycanı bütün sahələrdə hər zaman dəstəkləyib və dəstəkləyəcək.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi həmişə Türkiyənin gündəmindədir və erməni rəsmilərinin bununla bağlı bəyanatları narahatlıq doğurur.

M.Çavuşoğlu əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması həm də Ermənistanın xeyrinədir, çünki öz işğalçılıq siyasəti nəticəsində ölkə regiondan təcrid olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqı “Brexit”in uzadılma tarixi ilə bağlı qərarı təxirə saldı

Sonrakı məqalə

Kəndlərdə tullantıların daşınması başlı-başına qalıb –