Türkiyə XİN Stokholmda “Qurani-Kərim”in yandırılmasını pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi İsveçin paytaxtı Stokholmda müqəddəs “Qurani-Kərim”in yandırılmasını qətiyyətlə pisləyir.

Bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, müsəlmanları hədəf alan və müqəddəs dəyərləri təhqir edən anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsi qəbuledilməzdir, bu, bir nifrət cinayətidir.

“Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçi və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”, – deyə Nazirliyin bəyanatında vurğulanıb.

Əvvəlki məqalə

ABŞ kəşfiyyatı:

Sonrakı məqalə

Polis bir ayda 65 narkotacirdən 170 kiloqram narkotik tutub