Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkiyədə rus və ukraynalılar turizm üçün problemə çevrilir –

User 11 Sentyabr 2023 - 10:52 (Last updated: 21 May 2025 - 20:15)
turizm

Türkiyənin Antalya turizm bölgəsində daşınmaz əmlak alqı-satqısında ruslar, almanlar və ukraynalılar liderlik edir.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyinin (TGA) üzvü, Aralıq dənizi Turist Otelciler və Operatorlar Birliyinin (AKTOB) sədri Kaan Kavaloğlu bildirib.

Onun sözlərinə görə, bir sıra mənzil sahibləri nəzarətsiz kirayə sistemini təşkil edərək daşınmaz əmlak sektorunda problem yaradırlar.

Türkiyənin Antalya kurort vilayətinin hakimiyyət orqanları turistlərə qeyri-qanuni kirayə mənzillərə nəzarəti gücləndirmək niyyətindədir. İyulun sonunda Türkiyə Turizm Nazirliyinin rəhbəri Mehmet Nuri Ersoy bu il kurortlardakı bahalı otellərin o qədər də populyar olmadığından narazılıq edib. Bunun səbəblərindən biri kimi ölkədə mənzil alan rusları və rusdilli ölkələrin vətəndaşları göstərib.

Onun sözlərinə görə, bu turistlər öz mənzillərini mehmanxanalardan üstün tuturlar və sonda onları başqa turistlərə icarəyə verirlər.

Kavaloğlu qeyd edib ki, Antalyada ev alan əcnəbilərin reytinqinə ruslar, almanlar və ukraynalılar başçılıq edir.

“Əlbəttə ki, xaricilərin Antalyaya gəlib mənzil alması yaxşı haldır. Bu, dünyada nümunələri olan bir turizm növüdür. Amma satılan 108 min mənzil 108 min fərqli insana satılmayıb. Problemlər də buradan başlayır. Bu siyahıda 1 adam 80 ev alıb və bu evləri öz vətəndaşlarına icarəyə verir” -deyə Kavaloğlu bildirib.

Qəzet qeyd edir ki, əcnəbilər öz kirayə sistemini yaradırlar: “Təəssüf ki, bu sistemə heç bir şəkildə nəzarət olunmur. Biz bunun qarşısını almaq istəyirik. Təsəvvür edin ki, bir nəfər iki blok alıb, onların arasında qəbul otağı tikib. Turist obyektin təhlükəsizliyindən soruşur: “Burada qəbul haradadır?”. Bu, heç bir halda qəbuledilməzdir”, – deyə Kavaloğlu qeyd edib.

Türkiyənin turizm sahəsində hədəfi 56 milyard dollar gəlir, 60 milyon turistdir: “Bu rəqəmlərə çatmaq üçün Antalya 15 milyon turistdən aşağı qalmamalıdır. Son məlumatlara görə, biz buna nail ola bilərik”, – o vurğulayıb.

Türkiyə Mərkəzi Bankının məlumatına görə, 2022-ci ilin may ayından etibarən bir il ərzində daşınmaz əmlakın dəyəri 45% inflyasiya nəzərə alınmaqla nominal olaraq iki dəfədən çox artıb. Seçki kampaniyası zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kirayə daşınmaz əmlakın qiymətlərinin daim artması problemini həll edəcəyinə söz verib. Hazırda hakimiyyət boş mənzillərin sahibləri üçün verginin tətbiqini müzakirə edir.

Azpost.info

Post navigation

Previous: Aktiv vergiödəyicilərinin sayı artıb
Next: 32 ölkə, 41min hərbçi, 50-dən çox gəmi…

Oxşar xəbərlər

abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.