Türkiyədə “humanitar dəhliz” açılacaq- Kiyev 800, Moskva 200 nəfərlik siyahı verib

Rusiya və Ukrayna Türkiyə Ombudsmanı Şərəf Malkoçun vasitəçiliyi ilə ümumilikdə 1000 nəfərə təsir edə biləcək mübadiləyə hazırlaşır.

Azpost.info xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Malkoçun sözlərinə görə, tərəflərlə görüşlər zamanı üçtərəfli plan razılaşdırılıb. Bu plan üzrə Kiyev 800, Moskva isə 200 nəfərlik siyahı təqdim edib.

Bildirilir ki, yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə görüşərək Türkiyədə “humanitar dəhliz”in açılması ilə bağlı qərar verəcək.

Əgər Moskva və Kiyev onun təklifini təsdiqləsə, o zaman hər iki tərəf yaralı mülki vətəndaşları, hərbçiləri, qocaları, qadınları və uşaqları İstanbuldan keçməklə bir-birinə ötürə biləcək.

“Biz Ukraynada və Rusiyada yaralı əsgərləri, itkin düşən qadınları və uşaqları necə bir araya gətirmək üçün hərəkətə keçəcəyik. Təkcə danışmaq kifayət deyil, addımlar atılmalıdır”, – Malkoç vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Salyanda 40 min sot torpaq 10 milyon manata satışa çıxarılıb –

Sonrakı məqalə

Aftandil İsrafilovun səhhəti ilə bağlı son vəziyyət açıqlandı