Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı bilindi- RƏSMİ

“Türkiyədə yaşayan 11 azərbaycanlı koronavirusuna yoluxub”. 

Bunu “Report”un yerli bürosuna Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim deyib.

Onun sözlərinə görə, koronavirusa yoluxan həmvətənlərimizdən 6-sı sağalaraq xəstəxanadan evə buraxılıb: “Hazırda digər 5 nəfərin müalicəsi hələ də davam edir. Onların vəziyyəti sabitdir”.

X.İbrahim səfirlik işçilərinin mütəmadi olaraq onlarla əlaqə saxladığını və bütün lazımı dəstəyi verdiyini deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabahdan metroda sərnişinlərin hərarəti yoxlanılacaq

Sonrakı məqalə

İmtahan proqramlarından çıxarılan mövzuların siyahısı DİM-in saytına yerləşdiriləcək