Türkiyədə makaron fabrikində partlayış baş verib, 28 nəfər yaralanıb

Türkiyədə Sakarya bölgəsindəki makaron fabrikində naməlum səbəbdən partlayış baş verib.

APA “Anadolu agentliyi”nə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

partlayış zamanı 28 nəfər yaralanıb.

Anadolu agentliyi“ xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz məlumat verib.

O deyib ki, 28 yaralı var, onlardan altısının vəziyyəti ağırdır.

Bu arada, partlayışın baş verdiyi sahədə sıxışıb qalan fəhlə yanğınsöndürmə briqadalarının işi sayəsində kranın köməyi ilə olduğu yerdən xilas edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.