Türkiyədə təyyarə və qatar biletlərinin satışına başlanıb

15904039965564428704_1000x669

Türkiyədə COVID-19 pandemiyası ilə əlaqədar dayandırılan dəmir yolu, sürətli qatar və təyyarə reysləri bərpa edilir.

AZƏRTAC xəbər verir ki, bu gündən etibarən ölkədə dəmir yolu və sürətli qatar biletlərinin satışına başlanıb. Türkiyədə dəmir yolu səfərlərinin mayın 28-dən, aviareyslərin isə iyunun 4-dən etibarən başlaması nəzərdə tutulur.

Biletlər ilkin mərhələdə yalnız onlayn sistemlə satılacaq.

Səfərlər qabaqlayıcı tədbirlər çərçivəsində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir