Türkiyədən 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib

Bu gün “Azərbaycan Hava Yolları” İstanbuldan Bakıya növbəti çarter reysini həyata keçirib, daha 178 nəfər Azərbaycan vətəndaşı ölkəyə çatdırılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə “AZAL” aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr…

Sonrakı məqalə

Kamil Zeynallı azadlığa çıxdı