“Türkiyənin antiterror əməliyyatları Suriya üçün də vacibdir”- ÇAVUŞOĞLU

Suriya ərazisinin terrorçulardan təmizlənməsi və ərazi bütövlüyünün qorunması, siyasi sabitlik, Türkiyənin dövlət sərhədi boyunca təhlükəsizliyin təmin edilməsi, qaçqınların öz yurdlarına dönməsinə münbit şəraitin yaradılması bizim üçün mühüm məsələlərdir.

Bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində ifadə edib.

Suriya böhranının həlli istiqamətində Türkiyənin iştirakı ilə Astana formatında müzakirələrin, eləcə də yeni konstitusiya toplantılarının gündəmdə olduğunu diqqətə çatdıran nazir bildirib ki, Türkiyə, Suriya və İran liderlərinin üçtərəfli görüşü barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Suriya rejiminin rəhbəri Əsəd də belə bir görüşə dəvət edilməyib.

Bölgədə həyata keçirilən antiterror əməliyyatlarının əhəmiyyətini izah edən nazir deyib: “Bizim həyata keçirdiyimiz antiterror əməliyyatları Suriya üçün də vacibdir. Burada terror təşkilatına qarşı mübarizə bizim üçün beynəlxalq hüquqdan irəli gələn bir haqdır. Rejimin bunu etməyə gücü yoxdur”.

 

Əvvəlki məqalə

“Elə müəllimlər var ki, şagird qarşısına çıxarılması günahdır”

Sonrakı məqalə

“Ermənistan oranı tərk etməli idi, amma orada erməni əsgərləri var” –