“Türkiyənin Azərbaycanda hərbi mövcudluğu İranı narahat etməməlidir” –ZƏRDÜŞT ƏLİZADƏ

“Azərbaycanda Türkiyənin və Pakistanın hərbi əhəmiyyəti artır. Təbii ki, Türkiyənin əhəmiyyətinin artması İranı razı sala bilməz. Çünki Türkiyə NATO üzvüdür və bu alyans da İrana qarşıdır”.

Azpost.info bildirir ki, bu sözləri politoloq Zərdüşt Əlizadə İranın “Sahar TV” kanalına Bakı və Tehran arasında son zamanlar yaranmış gərginliyi şərh edərkən bildirib.

Politoloq deyib ki, bununla bağlı ciddi bir narazılıq üçün əsas yoxdur: “Deyim ki, burada narahatçılıq üçün əsas yoxdur. Türkiyənin əsas məqsədi İran deyil. Ankaranın əsas məqsədi bu bölgədə möhkəmlənmək və Mərkəzi Asiyaya doğru inkişaf etmək üçün bir platforma tapmaqdır”.

Z.Əlizadə Azərbaycan və İran arasında qarşılıqlı ittihamları siyasətlə bağlayıb. Onun  fikrincə ölkələrin xarici siyasətində əzələ nümayişi adi məsələdir: “Xarici siyasətdə belə anlaşılmazlıqlar, itələşmələr, çəkişmələr, bəyanatlar, əzələ nümayişləri adi fəndlərdir. Siyasətdə bunlar məqbuldur. Əsas odur ki, İran və Azərbaycan xalqları arasında bir-birinə sayğı və hörmət var”.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vilyam Hacıyevdə pnevmoniya aşkarlanıb –

Sonrakı məqalə

Rasim Balayev Şuşada torpağa səcdə etdi, diz çökdü –