“Türkiyənin NATO üzvlüyü məsələsi sual altına alınmalıdır”- Con BOLTON

“Rəcəb Tayyib Ərdoğan yenidən president seçilərsə, Türkiyənin NATO üzvlüyü məsələsi sual altına alınmalıdır”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton deyib.

“Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün heyrətləndirici qərar verdilər. Lakin Rusiyanın ticarət və hərbi tərəfdaşları, təəssüf ki, Türkiyə də daxil olmaqla, çətin anda onu tərk etməyiblər. Əgər prezident Ərdoğan yenidən seçilsə, Türkiyənin NATO üzvlüyü məsələsi sual altına alınmalıdır”, – Bolton bildirib.

O əlavə edib ki, iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vurub. Ukrayna iqtisadiyyatı isə daha pis vəziyyətdədir və fiziki kapitalının əhəmiyyətli hissəsi sözün əsl mənasında toza çevrilib.

Azpost.info

Əvvəlki məqalə

“Britaniya SEPAH-ı terror təşkilatı elan edəcək”

Sonrakı məqalə

Qırğızıstanda fonoqram oxumağa qadağa qoyuldu