Türkiyənin vitse-prezidenti Füzuli aeroportu ilə tanış olub, Şuşanı ziyarət edib-FOTO

Azərbaycanın Baş naziri Əli Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin vitse-prezidenti Fuat Oktay Şuşa şəhərində olublar.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Ə.Əsədov və F.Oktay Şuşada mədəni abidələri və şəhərin görməli yerlərini ziyarət ediblər, o cümlədən Şuşa şəhər meydanı, Yuxarı Gövhər Ağa məscidi, Cıdır düzü və Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi ilə tanış olublar.

Daha sonra Şuşa şəhərində Ə.Əsədovun və F.Oktayın Bakıda keçirilmiş Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının nəticələrinə dair mətbuata bəyanatlarla çıxış ediblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.