“Boğaziçi Savunma Teknolojileri Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialı (VÖEN: 1806707111) ləğv edilir.
Ləğv olunma ilə əlaqədar kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 34 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, “Boğaziçi Savunma Teknolojileri Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialı 2024-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Anar Elxan oğludur.
Məlumat üçün bildirək ki, “Boğaziçi Savunma Teknolojileri Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycandakı filialı, Türkiyənin qabaqcıl hərbi texnologiyalar şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyidir. Şirkət əsasən yerli anti-dron (PUA əleyhinə), elektron müharibə, radar sistemləri və avtomatik yanğın söndürmə texnologiyaları üzrə ixtisaslaşıb.