Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan Məkkə Sazişini imzaladı

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni üçtərəfli müdafiə sazişi imzalanıb. Türkiyə mediasının məlumatına görə, rəsmi olaraq Məkkə sazişi adlandırılan sənəd üç ölkə arasında müdafiə əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur.

Sazişin əsas müddəalarından biri kollektiv müdafiə prinsipidir.

Birinə hücum hamısına hücum sayılacaq

Məkkə sazişinə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər iki dövlətə də hücum kimi qiymətləndiriləcək.

Bu müddəa Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında qarşılıqlı müdafiə mexanizminin yaradılmasını nəzərdə tutur.

Sənədin əsas məqsədlərindən biri mümkün təhdidlərə qarşı kollektiv çəkindirmə imkanlarını gücləndirmək və üç ölkə arasında müdafiə sahəsində əməkdaşlığın bütün istiqamətlərini genişləndirməkdir.

Saziş digər ölkələr üçün də açıqdır

Türkiyəli rəsmi bildirib ki, Məkkə sazişi hər hansı konkret ölkə və ya aktora qarşı yönəlməyib.

Onun sözlərinə görə, sənəd regionun digər dövlətlərinin də gələcəkdə bu əməkdaşlığa qoşulmasına açıqdır.

Yeni saziş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əlaqələrinin institusional əsasda daha da dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.