REAL partiyasının katibi Natiq Cəfərli Türkiyə və Azərbaycanın konfederasiya əsasında birləşməsini təklif edib.
Azpost.info bildirir ki, siyasətçi bununla bağlı payalışm edib.
“Qardaş Türkiyə ilə konfederativ dövlət yaratmaq haqqında düşünməli, addımlar atmalıyıq. Cəmiyyət və dövlət olaraq Türkiyədəki kimi ordu, yerli özünüidarə, Bələdiyyələr, seçki, media, turizm, istehsal, vergi və gömrük sistemi yaradaq”-deyə o vurğulayıb.
N.Cəfərli bildirib ki, Türkiyə – Azərbaycan – Şimali Kipr konfederasiyası fraqmental dünyanın yeni mərkəzlərindən biri ola bilər.