Türkiyə XİN İstanbuldakı iclasla bağlı açıqlama yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) “3+3” platformasının İstanbuldakı iclası ilə bağlı açıqlama yayıb.

APA Türkiyə XİN-ə istinadən xəbər verir ki, açıqlamada bildirilib ki, “3+3” Cənubi Qafqaz Regional Əməkdaşlıq Platformasının üçüncü iclası 18 oktyabr 2024-cü il tarixində İstanbulda keçiriləcək.

“Cənab nazirimizin ev sahibliyi çərçivəsində keçiriləcək iclasa Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri qatılacaq”, – açıqlamada deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.