Türkiyədə 4,2 bal gücündə zəlzələ olub
Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda yerli vaxtla saat 17:17-də 4,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bu, bölgədə gün ərzində baş verən ikinci zəlzələdir. Ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə böyük təşviş yaradıb. Yeraltı təkanın təsiri barədə hələlik məlumat yoxdur.
