Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu

Türkiyədə güclü zəlzələ olub.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Kahramanmaraş vilayətində baş verən zəlzələnin gücü 5,3 bal olub.

Yeraltı təkanlar yerin 5,4 kilometr dərinliyində baş verib.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələnin gücünün 5,1 bal olduğu məlumatını yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 22:31-də meydana gəlib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.