Türkiyədən Bakıya 144 Azərbaycan vətəndaşı gətirilib –

TURK TEY

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir