Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkmənistan Prezidenti Türkiyəyə rəsmi səfərə gəlib

User 26 Oktyabr 2023 - 22:58 (Last updated: 21 May 2025 - 20:15)
erdoqan turkmen

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.

Türkmənistan Prezidenti Ankarada rəsmi mərasimlə qarşılanıb.

Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdən sonra Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.

Daha sonra liderlər birgə mətbuat konfransı keçiriblər.

Konfransda çıxış edən Türkiyə Prezidenti bildirib ki, ortaq dil, din və mədəniyyətə sahib iki ölkə arasında mədəni münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında hər gün daha da güclənərək inkişaf edir.

Öz növbəsində Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdıran Türkmənistan Prezidenti Türkiyə tərəfi ilə qarşılıqlı dostluq və qardaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli görüşlər keçirdiklərini bildirib.

Görüş zamanı iki ölkə arasında müxtəlif əməkdaşlıq sahələri, eləcə də bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi apardıqlarını deyən Prezident Berdiməhəmmədov Türkmənistan təbii qazının və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqli, həmçinin iki ölkə arasında ticarət sahəsinin inkişafı məsələlərinin müzakirə olunduğunu deyib.

Qeyd edək ki, bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir

Post navigation

Previous: Zelenski xüsusi formatlı hərbi kabinetin iclasını keçirib
Next: Lənkəranda yandırılmış meyitin kimliyi məlum olub

Oxşar xəbərlər

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
tramp tebessum
  • Dünya

Tramp üçüncü dəfə prezident olmaq istəyir – ABŞ liderindən gözlənilməz açıqlama

User 23 Oktyabr 2026 - 11:46

xƏBƏR

piter til
  • Dünya

“İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder

User 23 Oktyabr 2026 - 13:49
PayPal və Palantir şirkətlərinin həmtəsisçisi, milyarder investor və Respublikaçılar Partiyasının tərəfdarı Piter Til ABŞ Prezidenti Donald Trampın...
Read more about “İranla müharibəyə başlamamalıydıq” – “Çoxlu səhvlərə yol verilib”/ Respublikaçı milyarder
“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı hindistan xin
  • Dünya

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevinirik” – Hindistan XİN başçısı

User 23 Oktyabr 2026 - 13:41
“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə virus huceyre
  • Maraqlı

Alimlər 80 yaşlı insanın hüceyrələrini 60 il cavanlaşdırdılar – Şok elmi təcrübə

User 23 Oktyabr 2026 - 13:28
Sumqayıtda ağacəkmə aksiyası keçirilib aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.