Türkmənistan Prezidenti yeni mahnı yazdı

24 Mart 2021 - 22:14

Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhəmmədov nəvəsi ilə birlikdə yeni mahnı yazıb.

“Turkmenportal” resursunun məlumatına görə, musiqi parçası “Mənim ağ şəhərim – Aşqabad” adlanır.

Mahnının sözlərinin müəllifi dövlət başçısı özüdür. Onun musiqisini isə nəvəsi Kərim Berdımuhəmmədov bəstələyib. Mahnı Prezidentin Aşqabad adlı atının dünyaya gəlməsi münasibətilə yazılıb.

Musiqi nümunəsinin təqdimatı Axaltəkə atçılıq kompleksinin baş təlimatçısının mükafatlandırılma mərasimində olub.

Qeyd edək ki, Türkmənistan Prezident bir sıra mahnıların müəllifidir. Hələ 2018-ci ildə o, “Arzu” adlı musiqi parçasını müxtəlif dillərdə ifa edib.