Türkmənistanda keçmiş prezidentin şərəfnə yeni şəhər salındı

Türkmənistanda keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun şərəfinə salınan Arkadağ şəhərinin açılışı olub.

Azpost.info xəbər verir ki, şəhərin adı Türkmənistanın keçmiş prezidentinin daşıdığı titulla (“Arkadağ”) eynidir.

Təntənəli açılış iyunun 29-da 66 yaşı tamam olan Qurbanqulu Berdiməhəmmədovun ad günündə baş tutub.

70 min sakin üçün nəzərdə tutulmuş yeni “ağıllı” şəhər Türkmənistanın paytaxtı Aşqabaddan 30 kilometr aralıda yerləşir. Yeni şəhərin tikintisinə milyardlarla dollar xərclənib.

Türkmənistan hakimiyyəti tərəfindən Arkadağ şəhərinin açılışı 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkə tarixində baş verən ən möhtəşəm hadisə adlandırılıb. Bu ilin əvvəlində “türkmən xalqının ümummilli lideri” elan edilən Qurbanqulu Berdiməhəmmədovun şərəfinə futbol klubu və “Arkadağ” telekanalı da yaradılıb. Yeni kanal sentyabrda yayıma başlayacaq.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Bolqarçay su anbarında çatlar əmələ gəlib