Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Türkmənistanda xaricə getmək istəyən özünə zamin tapmalıdır

User 14 Mart 2023 - 13:49 (Last updated: 21 May 2025 - 20:15)
turkmen

Türkiyəyə gedən Türkmənistan vətəndaşlarına hökumətə qarşı fəaliyyətlə məşğul olmayacaqları haqda bəyanat imzalatdırırlar. Onlar həmçinin səfərləri üçün “zamin” tapmalıdırlar. Bunu Türkmənistanda yerləşən insan haqları təşkilatı bildirir.

Bir müddət öncə Aşqabad Türkiyədən onu vizasız ölkələr siyahısından çıxarmasını istəmişdi. Bu, türkmən ekspatların avtoritar rejimə qarşı etirazlarından sonra baş vermişdi. Türkmənistan hökuməti isə xahişinə məhz həmin etirazların səbəb olmasını danıb, əslində xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək istədiyini bildirib.

Sentyabrda Türkiyə Türkmənistan vətəndaşları üçün yeni viza məhdudiyyətləri tətbiq etdi.

Türkmənistan Helsinki İnsan Haqları Federasiyası martın 6-də xaricdə yaşayan iki türkmən blogerlər ötən ay Türkiyəyə getmiş türkmənistanlının müsahibəsini yayıb.

Qadamadlı vətəndaş deyib ki, səyahət üçün “zamin”in gəliri azı 2 min manat (qara bazar məzənnəsiylə 100 dollar) olmalıdır.

“Zəmanət məktubu olmasa, viza verilmir. Şəxs viza bitənəcən evinə qayıtmasa, zamin işdən çıxarıla bilər”, – Qadam vurğulayıb.

Azadlıq Radiosunun türkmən xidməti bu informasiyanı təsdiqlədib. Zamin dövlət qulluqçusu olmalıdır. Bu isə ailə üzvləri hökumətdə çalışmayan türkmənlər üçün problem yaradır.

Aktivizmlə məşğul olmamaq vədinə gəlincə, Qadam deyir ki, Türkiyəyə viza alandan sonra onu yerli polis şöbəsinə çağırıblar. Orada məcburən imza atdığı sənəddə vəd edib ki, “hokumətimizi tənqid edən yürüşlərdə və etirazlarda, internetdə siyasi məsələlər üzrə müzakirələrdə iştirak etməyəcək”.

İnternetdə siyasi baxımdan məqsədəuyğun sayılmayan videoları “bəyənmə”yə də qadağa da bəyanata salınıb.

“Freedom House” insan haqları təşkilatının martın 9-da yaydığı illik hesabatında Türkmənistan yenə də vətəndaş azadlıqlarına görə “pislərin pisi” seçilib, yalnız Suriya və Cənubi Sudandan geri qalıb.

Ancaq ölkənin on ilə yaxındır davam edən iqtisadi böhranı Türkiyəyə mühacirəti gücləndirib. Miqrasiya xidməti yanvarda Türkiyədə 220 min türkmənin olduğunu bildirib.

İki ilə yaxın ölkədən uçuşlara qadağa sayəsində bu tendensiya səngiyib. Koronavirus pandemiyasından dolayı tətbiq olunan tədbirlər ötən il qaldırılıb.

Post navigation

Previous: Çin əcnəbilərə viza verilməsini bərpa edib
Next: “Türkiyəyə dəstəyi davam etdirəcəyik”

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.