Üçtərəfli Bəyanatdan sonra mina qurbanlarının sayı 333-ə çatıb

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

“Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb və qurbanların sayı 333-ə çatıb.

Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina basdırılan ərazilərin dəqiq xəritələrini verməyə çağırmalıdır, – məlumatda deyilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.