“Üçüncü Dünya müharibəsi faktiki olaraq başlayıb”- Məşhur amerikalı iqtisadçı

“Üçüncü Dünya müharibəsi faktiki olaraq başlayıb”.

Azpost.info xəbər verir ki, bunu məşhur amerikalı iqtisadçı Nouriel Roubini Almaniyanın “Der Spiegel” nəşrinə müsahibəsində bildirib.

Onun fikrincə, bu müharibə hazırda Ukraynada və kiberməkanda cərəyan edir.

“Milli təhlükəsizlik müşavirləri NATO-nun Ukraynadakı münaqişəyə müdaxilə etməsindən, İranla İsrail arasında kəskin fikir ayrılıqlarından narahatdırlar. Bayden administrasiyası Çinin tezliklə Tayvana hücum edəcəyini gözləyir. Düzünü desəm, üçüncü dünya müharibəsi artıq başlayıb və kiberməkanda və Ukraynada cərəyan edir”, – Roubini bildirib.

İqtisadiyyatdan danışan Roubini avrozonanın artıq resesiya yaşadığını, Böyük Britaniyanın vəziyyətinin daha da pisləşdiyini deyib.

İqtisadçı bir gün Çin yuanının ABŞ dollarını əvəz edə biləcəyini də istisna etməyib: “Bu, vaxt aparacaq, lakin çinlilər uzunmüddətli perspektivi düşünməkdə yaxşıdırlar”.

Qeyd edək ki, Roubini 2008-ci il qlobal böhranını proqnozlaşdırmaqla məşhurlaşmışdı.

Azpost.info

 

Əvvəlki məqalə

“İran kimi hədəf alır? Budurmu İslami həmrəyliyi? Sözlərinizi geri götürün!” –

Sonrakı məqalə

“Təbrizdə Ermənistan konsulluğunun açılışı arxadan zərbədir” –